Malta klubu azərbaycanlı futbolçu transfer edib

10:05 01-02-2019 | icon 2156
Malta klubu azərbaycanlı futbolçu transfer edib

Azərbaycan futbolçusu Elməddin Məmmədov karyerasını Maltada davam etdirəcək.

24 yaşlı qapıçı Premyer Liqa təmsilçisi “Sent-Endryus”la anlaşıb. Son iş yeri Gürcüstan “Tsxinvali”si olan qolkiperlə müqavilənin detalları barədə məlumat verilmir.

Məmmədov karyerası ərzində “Bakı”, AZAL, “Zirə”, eləcə də Qırğızıstanın “Alqa” komandasının formasını geyinib. O, əsasən ehtiyat qapıçı olub.

Qeyd edək ki, “Sent-Endryus” 15 turdan sonra 17 xalla 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

0.27719616889954