Naxçıvanda 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib

10:40 01-02-2019 | icon 1420
Naxçıvanda 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib

Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən gənclər ­siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə görülən işlərin davamı kimi gələcəkdə gənclərə qayğının əsas üstünlük təşkil edən sahə olaraq qalacağına nümunədir.Muxtar respublikamızda da gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikamızda məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onlar dövlət orqanlarının hamısında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Muxtar respublikamızda gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində həyata keçirilən tədbirlər də uğurla davam etdirilməkdədir.
Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli fərmanı regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu yaradılıb. Bundan başqa Naxçıvan şəhərində “Gənclər Mərkəzi”nin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malik bir addımdır. Göstərilən dövlət qayğısına cavab olaraq gənclərimiz Heydər Əliyev siyasətinin ətrafında sıx birləşməklə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın çiçəklənməsi istiqamətində aparılan işlərdə daha yaxından iştirak etməli, uğurlu fəaliyyətimizlə ölkəmizin adını yüksəklərdə tutmalıyıq.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər silsilə xarakteri daşıyıb, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılıb. Ölkəmində bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclik mövzusu yenə də əsas prioritet istiqamətlərdən biri hesab olunur. Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.
Fondun icraçı direktoru qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu Publik Hüquqi Şəxsinin yaradılması isə muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsini daha da ön plana çıxarıb. 2018-ci ilin ötən dövrü ərzində Gənclər Fondu tərəfindən təlim və seminarlar, uzunmüddətli layihələr, sağlamlıq imkanı məhdud uşaqlarla bağlı tədbirlər, Naxçıvan Muxtar Respublikasında ilk dəfə tərcümə müsabiqəsi, rayon və şəhər mərkəzlərində film nümayişləri, yeniyetmə və gənclər arasında müxtəli intelektual oyunlar , kitab müzakirələri, tarixi abidələrə ekskursiyalar, ekoloji təmizlik aksiyaları keçirilib.
Çıxış edənlər gəncləri təbrik edib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının, “Naxçıvan” Universitetinin tələbələrinin, “Qala” qrupunun və Bakı şəhərindən dəvət olunmuş DJ-in konsert proqramı ilə davam etdirilib.

На данном изображении может находиться: 1 человек, костюм и в помещении
На данном изображении может находиться: 1 человек, костюм и в помещении
На данном изображении может находиться: 8 человек, люди сидят, стол и в помещении
На данном изображении может находиться: в помещении

Digər xəbərlər

0.25490999221802