Lənkəranda Gənclər Günü qeyd olundu - Fotolar

18:52 01-02-2019 | icon 2516
Lənkəranda Gənclər Günü qeyd olundu - Fotolar

2 Fevral-Gənclər günü münasibətilə Lənkəran şəhərində ümumrayon tədbiri keçirilib. 

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gəncləri bayram münasibətilə təbrik edərək ölkədə və rayonda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən ötrü görülən işlər barədə ətraflı danışıb. 

 

Taleh Qaraşov lənkəranlı gənclərin bundan sonra da doğma şəhərin inkişafında, daha da gözəlləşməsində yüksək siyasi fəallıqla iştirak edəcəklərinə əminliyini ifadə edərək onlara ictimai həyatda, təhsildə, idmanda, çalışdıqları digər sahələrdə uğurlar arzulayıb. 

Sonra İcra başçısı rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bir qrup fəal gəncə şəhər İcra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib. Tədbir maraqlı əyləncəli-konsert proqramı ilə davam edib.

 



 

Digər xəbərlər

0.25289082527161