“İl yeni başlayıb, devalvasiyadan danışmaq qeyri-ciddilikdir”
“Makroiqtisadi sabitliyin təmin olunması məqsədilə bir çox işlər görüldü və dayanıqlı inkişaf mərhələsi təmin olunub”.
Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün “Faiz dəhlizinin parametrləri” ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ölkədə inflyasiya səviyyəsi 2,3 faizə düşüb: “Dünyada isə 12 aylıq inflyasiya 1,5%-dir. Bu məsələdə əsas rol məzənnənin sabit qalmasıdır. Bütün dövlətlərin diqqət mərkəzində olan məsələ inflyasiyadır.
Biz çox şadıq ki, qarşımıza qoyduğumuz inflyasiya hədəfindən daha aşağı bir nəticə əldə edə bilmişik”.
Baş bankir qeyd edib ki, valyuta bazarında 100 milyon dollar vəsait satılıb: “Bazarda tam bir sabitlik müşahidə olunub. Təklifin tələbi keçməsi manatın möhkəmlənməsinə səbəb oldu. Dövlət Neft Fondunun gəlirləri 3 milyard dollara qədər artıb”.
E. Rüstəmmov devalvasiyayla bağlı suala belə cavab verib: “İl hələ yeni başlayıb və devalvasiya haqqında danışmaq qeyri-ciddilikdir. Makroiqtisadi göstəricilər ötən ilə çox bənzəyir”.
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...