“Hafka” dirilir: Biznesi bərpa olunur, "Bakı" qayıdır - ŞOK Pərdəarxası

00:19 22-02-2017 | icon 6207
“Hafka” dirilir: Biznesi bərpa olunur, "Bakı" qayıdır - ŞOK Pərdəarxası

İki keçmiş naziri bitirdiyi oliqarxın üfüqdə işıqları förünməyə başlayıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Nəqliyyat Nazirliyinin axırına çıxdığı “Hafka” ləqəbli iş adamı toparlanır.

 Eldar Mahmudov və Ziya Məmmədov bəlasından qurtulmuş Hafiz Məmmədov dirçəlməyə başlayır.

  İki nazirin çökdürdüyü və caynağına keçirib müflis etdiyi “Hafka” ümidlənib. Onun ölkədə biznesini inkişaf etdirmək və hakimiyyətdə siyasi dayaqlarını tapmaq fürsəti yaranıb.

 Oliqarx biznesmen ləğv edilmiş iki nazirliyin olmadığı Azərbaycanda müstəqil şəkildə sahibkarlıqla məşğul olmağı planlaşdırır.

  Prezident İlham Əliyev də ökəyə investorların cəlb olunmasına göstəriş verib. Fransa və Rusiyada biznes şəbəkələri olan “Hafka”ya zəmanət verilib yatırım qoymasına inandırmaq mümkündür.

  Hətta onun “Bakı” klubunun fəaliyyətini bərpa etməsi və komandanı dirçəltməsi gözləntisi də var. İki odioz nazirdən xilas olan iş adamı üçün yeni səhifə açılıb və onun karyerasının yüksəlişi şansı var.

 “Hafka” MTN bandasının tələsinə düşdüyünü özü də bəyan edib.

  Qardaşının Pribaltika ölkələrində böyük biznes qurması, özünün Fransanın “France Fotball” nəşrinin jurnalistləri ilə söhbətində Avropa banklarının birində “qarantiya altına alınmış hesabda” 1 milyard avro pulunun olduğu söyləməsi də bu ehtimalı gücləndirir ki, Azərbaycanda da biznesini bərpa edə bilər.

  H.Məmmədov virtualaz.org saytına açıqlamasında “Lans”ı itirdiyini təsdiqləyib və bunu həyatında “ən faciəli günlərdən biri” adlandırıb.

  “Təəsüf ki, artıq bizim üçrəngli bayrağımız artıq “Lans”ın üzərində dalğalanmır. İki il boyu mən bütün qapıları döydüm, kömək istədim, ancaq bütün kabinetlərdə mənə rədd cavabı verdilər. Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi! Təəsüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu. Bu işdə bəzi başqa məmurlar və biznesmenlər də iştirak etdi”-H.Məmmədov deyib.


Digər xəbərlər

0.3266658782959