Şirinov qardaşları Dövlət Komitəsində - Fotolar

10:57 02-02-2019 | icon 2180
Şirinov qardaşları Dövlət Komitəsində - Fotolar

Ukraynanın Nikolayev şəhərində yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Ümud və Sabir Şirinov qardaşları bu gün həm də Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub. 

Göstərdikləri qəhrəmanlığa görə Dövlət Komitəsinin sədri Fuad Muradovun və kollektivin adından qardaşları təbrik edən DİDK sədrinin birinci müavini Valeh Hacıyev bu şücaətin bütün Azərbaycan xalqı adına yazıldığını vurğulayıb. 

Göstərilən qəhrəmanlığa görə artıq Ukraynada bir sıra mükafatlar alan Şirinovlar üçün ən böyük təltif Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalına layiq görülməsidir. Bildirilib ki, bu, dövlət başçısının hər bir azərbaycanlının prezidenti olduğunu və dünyaya səpələnmiş soydaşlarımızın arxasında güclü Azərbaycan dövlətinin dayandığını göstərir. 

Azərbaycan dövləti tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edən Şirinov qardaşları hadisə ilə bağlı təəssüratlarını bölüşüblər. Umud Şirinov deyir ki, avtomobildəkilərin kimliyini düşünmədən, məhz insanlıq naminə bu addımı atıblar. 

Şirinov qardaşlarının qəhrəmanlığı Dövlət Komitəsi tərəfindən də mükafatlandırılıb, onlara fəxri diplomlar təqdim olunub. 

 



 

Digər xəbərlər

0.22699308395386