Keçmiş başçı axtarışa verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəməsi yekunlaşıb.
Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə R.Bayrama şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Keçmiş başçı M.Səfərovun isə məhkəmə iclaslarından yayındığı bildirilib.
O, son bir neçə iclasa gəlməyib və məhkəməyə bu barədə rəsmi məlumat verməyib. Buna görə də Münsif Səfərov barəsindəki cinayət işi ayrıca icraata götürülüb və onun barəsində həbsli axtarış qərarı verilib. Sonuncu iclasların birində dövlət ittihamçısı çıxış edərək M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib. Bu tələbdən sonra sabiq icra başçısı yoxa çıxıb və bir daha məhkəməyə gəlməyib. İttihama görə, M.Səfərov R.Bayramovla birgə vətəndaş Fərabi Mənsurun evini dələduzluq yolu ilə ələ keçirərək ona 60 min manat ziyan vurmaqda təqsirləndirilir.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...