Prezident sərəncam imzaladı

12:02 03-02-2019 | icon 2368
Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 milyon 933 min 900 manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.


Digər xəbərlər

0.2911012172699