Ermənilər balabanı da oğurladı: Artıq dünyaya "duduk" satırlar 

16:10 03-02-2019 | icon 5887
Ermənilər balabanı da oğurladı: Artıq dünyaya
Bir müddətdir Ermənistanda balaban istehsalı zavodu fəaliyyətə başlayıb. Bizdə əllə hazırlanan balaban alətini, ermənilər artıq xüsusi dəzgahlar vasitəsilə istənilən ölçüdə və istənilən tonalda hazırlayaraq dünyanın müxtəlif yerlərinə, xüsusən də Avropa və Amerikaya göndərirlər.
 
 
"Vamelo" adlı şirkət xüsusi qablaşdırmada göndərdiyi balabanın Avropada geniş təbliğatını aparır və dünyaya "duduk"un, yəni balaban alətinin Ermənistana məxsus olduğunu vurğulayır. Belə ki, alətin üzərinə həm "Vamelo Armenia" şirkətinin loqosu vurulur, həm də içərisinə təhrif olunmuş məlumat vərəqəsi qoyulur.
 
 
 
Şirkət satışı vamelo.com saytı üzərindən həyata keçirir. Belə ki, dünyanın istənilən yerindən sifariş qəbul edilir və beynəlxalq çatdırılmalara görə əlavə pul alınmır.
 
Balabanın özü 195 dollara, təkcə qamışı isə 69 dollara satılır.
 
 

 
 
Görünən odur ki, artıq balaban da bizim deyil və Azərbaycan milli musiqi aləti kimi tanınmır. Balaban çoxdan duduk olub.
 
Görəsən dünyanın hər yerində bir, bizdə isə iki dənə olan konservatoriyalarımız (Musiqi Akademiyası və Milli Konservatoriya) hansı təbliğatla məşğul olur və musiqi alətlərimizə necə sahib çıxılır?(Qaynarinfo)

Digər xəbərlər

0.27029991149902