“WhatsApp”da yeni funksiya

08:32 05-02-2019 | icon 1744
“WhatsApp”da yeni funksiya

“WhatsApp” “Apple” istifadəçiləri üçün əlavə təhlükəsizlik sistemi hazırlayıb.

Yeni funksiya İOS versiyası üçün nəzərdə tutulub. Belə ki, istifadəçi əlavədə Touch İD və ya Face İD köməyi ilə messenceri blokdan çıxara bilər. Belə olan halda, yad insan telefona daxil olsa da, “WhatsApp”ı aça bilməyəcək.

 

Messencerin yeni versiyası üçün Tənzimləmələr>Hesab >Məxfilik>Ekran kilidini quraşdırın qoşulmalıdır.

“WhatsApp” istifadəçinin istəyinə uyğun olaraq tətbiqetməni vaxt şkalası üzrə əngəlləyəcək. Bu, messencerdən dərhal çıxdıqdan, 15 dəqiqə, yaxud yarım saat sonra da ola bilər.


Digər xəbərlər

0.28498816490173