Ərdoğan Əliyevə təşəkkür etdi - Təhvil verilən FETÖ-çüyə görə
Xəbər verdiyimiz kimi, ötən ay FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E. təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq Türkiyəyə təhvil verilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalına müsahibəsində ölkənin Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ-yə qarşı hansı tədbirləri görməyindən, eləcə də bu məsələdə ona dəstək olan ölkələrdən bəhs edib.
Türkiyə prezidenti sonuncu dəfə Azərbaycanın FETÖ-nün əsas adamlarından birini bu ölkəyə verdiyini xatırladaraq Prezident İlham Əliyevə təşəkkür edib: “Qardaşım İlham Əliyevə təşəkkür edirəm. Bir müddət öncə Azərbaycan bu təşkilatın əsas fiqurlarından birini bizə təhvil verdi”.
Ərdoğan buna qədər də oxşar ekstradisiyalar olduğunu qeyd edərək Kosovonun 7 cinayətkarı təhvil verdiyini söyləyib.
Türkiyə prezidenti ölkədə FETÖ-yə qarşı aparılan əməliyyatların davam edəcəyini, onların hər yerdə-dövlət idarələrində, polislər, hərbçilər arasında olduğunu vurğulayıb.
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...