Premyer Liqada növbəti turun cədvəli açıqlandı

15:40 05-02-2019 | icon 2445
Premyer Liqada növbəti turun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Turun görüşləri 2 günü əhatə edəcək.

“Sabah” – “Qəbələ” matçı ilə başlayacaq ilk oyun günündə “Qarabağ”la “Sumqayıt” da üz-üzə gələcək. Ertəsi gün isə öncə “Keşlə” və “Neftçi” arasında paytaxt derbisi, ardınca “Səbail”lə “Zirə”nin dueli baş tutacaq.

Turun bütün qarşılaşmaları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XVI tur

9 fevral (şənbə)

16:00. “Sabah” – “Qəbələ”
“Əlincə Arena”

18:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

10 fevral (bazar)

14:00. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”

16:30. “Səbail” – “Zirə”
“Bayıl Arena”

 

 

Digər xəbərlər

0.29417109489441