Nazir şəhid polisin yerinə onu təyin etdi

16:02 05-02-2019 | icon 3885
Nazir şəhid polisin yerinə onu təyin etdi

Daxili işlər naziri Ramil Usubov daha bir kadr təyinatı həyata keçirib.

Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad olunub. 

Oktay Süleymanlı 

O.Süleymanlı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin edilib. Polkovnik bu gün şəxsi heyətə təqdim olunub.

Bu post ötən ilin iyul ayından sonra boş qalıb. Ondan öncə isə bu vəzifədə “Gəncə hadisələri” zamanı şəhid olan İlqar Balakişiyev xidmət aparırdı.

İlqar Balakişiyev


Digər xəbərlər

0.53603386878967