“Azercell Telekom” MMC və İsrail Səfirliyinin birgə layihəsi
İsrail Səfirliyi “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə “TOM” (Tikkun Olam Makers) layihəsini təqdim etdi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirməkdir.
Layihənin təqdimat mərasimi Azercell, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) , PAŞA Bank, JOY Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Adakemiyasınin Media Mərkəzi və digər qurumların dəstəyi ilə 5 Fevral, 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə həmçinin TOM-un Azərbaycandakı veb səhifəsi təqdim olundu. Səhifədə fiziki məhdudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olundu.
Tədbirdə çıxış etdilər:
Avital Rozenberq - İsrailin Azərbaycan Respublikasındakı Səfirinin müvəqqəti işlər vəkili
İmran Bağırov - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri
Vüqar Behbudov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri
Məftunə İsmayılova- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət komitəsinin baş məsləhətçisi
TOM gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla (“ehtiyac sahibləri”) birləşdirən qlobal icma hərəkatıdır. Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərsiniz:
http://tombaku.barama.az/
http://tomglobal.org/
İstedadlı şəxslər üçün elan olunmuş çağırışdan sonra, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə təxminən 1 ay vaxt veriləcək (28 fevral tarixinədək). 5 TOM tapşırığında (“çağırışında”) komanda şəklində iştirak edən yarışçıların adları mart ayında açıqlanacaq. Onlar Pre-TOM tədbirində bir-biri ilə tanış olacaq və birlikdə çalışmağa başlayacaqlar. Komandalar təxminən 1 ay ərzində qoyulmuş problemə həll yolu düzəltməlidir. Layihə dövründə komandalara “SCHWATECH” MMC tərəfindən dəstək göstəriləcək.
Komandaların yekun məhsulları 17 aprel 2019-cu ildə keçiriləcək TOM tədbirində təqdim olunacaq və bütün ideyalar ictimaiyyətə açıq olacaq.
-
“Azeri Light”ın qiyməti 101 dollara düşdü
...
-
Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
...
-
Yeni 1 manatlıq buraxıldı - Taleh Kazımovun imzası ilə
...
-
Azərbaycan nefti yenə bahalaşdı
...
-
“Nar” Füzuli və Tərtərdəki məktəblərə dəstək olub
...
-
Azərbaycanda şəhərlərarası taksi istiqamətlərinin top beşliyi
...
-
“Nar” beynəlxalq mükafata layiq görüldü
...
-
“Nar”dan yeni dərs ili üçün əla fürsətlər!
...
-
“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir
...
-
“Azeri Light”ın qiyməti 99 dollara çatır
...