“İlham Əliyevlə rəsmi danışıqlarımız hələ başlamayıb” - Paşinyan

16:26 06-02-2019 | icon 2817
“İlham Əliyevlə rəsmi danışıqlarımız hələ başlamayıb” - Paşinyan

“Bizim Prezident İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi danışıqlarımız hələ başlamayıb”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın “Nemetskaya volna” (“ Deutsche Welle“) teleradio şirkətinə müsahibəsində bildirib.

“Bilirsiniz ki, bu, yalnız bir ön proses, ilkin danışıqlardır. Biz sadəcə görüşür və söhbət edir, danışıqlar prosesinə və tarixinə dair fikir mübadiləsi aparırıq.

Hazırda hər iki tərəfin XİN rəhbərləri bizim mümkün görüşün hazırlığı üzərində çalışırlar”, - deyə N. Paşinyan qeyd edib.


Digər xəbərlər

0.24492716789246