İnfantino prezident postuna yeganə namizəd oldu

09:30 07-02-2019 | icon 2719
İnfantino prezident postuna yeganə namizəd oldu

Beynəlxalq Futbol Federasiyasının üzvləri olan milli assosiasiyalar FİFA-nın prezidenti postuna hazırda bu vəzifəni icra edən Canni İnfantinonu yeganə namizəd kimi göstəriblər.

Seçkilər iyunun 5-də FİFA-nın 69-cu konqresi çərçivəsində keçiriləcək. 

 

İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. Daha əvvəl “Tottenhem”in və İsveçrə millisinin sabiq oyunçusu Ramon Veqa bu posta namizədliyini irəli sürmüşdü. Ancaq o, FİFA-nın federasiya üzvləri tərəfindən lazımi dəstəyi almamışdı.


Digər xəbərlər

0.23867607116699