İcra başçısı sakinlərlə görüşdü - Foto

11:18 07-02-2019 | icon 3835
İcra başçısı sakinlərlə görüşdü - Foto

Lənkəran rayonunun Göyşaban kəndində İcra başçısı Taleh Qaraşovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

Hüquq-mühafizə orqanları və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbul-görüşdə inzibati ərazi dairəsinə daxil olan Göyşaban və Ürgə kəndlərində yaşayan vətəndaşların müraciətləri dinlənilib, qaldırdıqları məsələlər yerindəcə araşdırılıb. 

 

Görüş zamanı sakinlər vətəndaş müraciətlərinə diqqətin artmasından, narahatlıq doğuran problemlərin həllindən ötrü görülən işlərdən razılıqlarını ifadə edərək əvvəlki görüşlərdə qaldırdıqları təkliflərə əsasən ərazinin başdan başa qazlaşdırılmasının, elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılmasının, 384 nömrə tutumlu elektron ATS-in quraşdırılmasının, 80 abonent üçün yeni rabitə xəttinin çəkilməsinin, 540 ailənin içməli su ilə təmin olunmasının dövlətin qayğısı kimi onların həyat şəraitini xeyli yaxşılaşdırdığını diqqətə çatdırıblar. Ötən təsərrüfat ilində ərazidə 19 ha buğda, 175 ha çəltik, 173 ha tərəvəz və bostan bitkiləri əkən kənd təsərrüfatı məhsulları istehsalçıları onlara verilən subsidiyalara və tətbiq olunan güzəştlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda qaldırılan təkliflər və fərdi xahişlərlə bağlı İcra başçısı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 



Digər xəbərlər

0.27499198913574