“Neftçi”yə transfer olunmaq üçün baş məşqçisini döyüb
Belçika mətbuatı ölkə çempionatında çıxış edən klublardan qalmaqallı şəkildə ayrılan futbolçulardan ibarət siyahı hazırlayıb.
Siyahıda 2013-cü ildə "Kortreyk"dən "Neftçi"yə transfer olan Enest Nfor da var. Yazıda qeyd edilib ki, həmin vaxt "Neftçi"dən sərfəli təklif alan kamerunlu hücumçu Bakı klubuna keçmək üçün baş məşqçi və klub rəsmisini döyüb:
"Kortreyk"ə ikinci dəfə geri dönən Nfor üçün işlər tərs getdi. O, baş məşq məşqçi Hein Vanhazebruka fiziki güc tətbiq edib və ağır şəkildə təhqir etmişdi. Nfor "Neftçi"yə transfer olmaq istədiyini tələb edəndə onu əsas komandadan uzaqlaşdırdılar. Nfor onsuz da Azərbaycana yollandı və hətta müəyyən qədər transfer pulu ödəməyi də təklif etdi. "Kortreyk"in sabiq CEO-su Patrik Turkq belə vəziyyətə razı deyildi. Ancaq "Neftçi"dən təklif alan Nfor Patrikin boğazından yapışıb, ailəsini ölümlə təhdid etdi. Bununla da sakitləşməyən kamerunlu baş məşqçi Vanhazebrukun üzərinə şığıdı, ona əl qaldırdı. Vanhazebrukla Patrik buna görə polisə də şikayət etmişdilər. Yekunda Nfor "Kortreyk"dən ayrıldı, "Neftçi"yə keçdi".
Qeyd edək ki, 32 yaşlı hücumçu 2013/15-ci illərdə "Neftçi"də çıxış edib və 48 oyuna 8 qol vurub.
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...