Şəhid Çingiz Qurbanovun ailəsi 2-ci evlə təmin olundu

10:48 08-02-2019 | icon 2452
Şəhid Çingiz Qurbanovun ailəsi 2-ci evlə təmin olundu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsi Qusar şəhərində yeni evlə təmin olunub.

Fərdi yaşayış evi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni evin açarları fevralın 7-də Qurbanovlar ailəsinə təqdim olunub.

Dövlət başçısının göstərişinə əsasən, sosial təminatının gücləndirilməsi məqsədilə Ç.Qurbanovun ailəsi həm Bakı şəhərində mənzil, həm də Qusarda fərdi yaşayış evi ilə təmin edilib.

Məlumat üçün qeyd edək ki, Çingiz Qurbanov  2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

 

 



Digər xəbərlər

0.31278991699219