Şəhid Çingiz Qurbanovun ailəsi 2-ci evlə təmin olundu
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsi Qusar şəhərində yeni evlə təmin olunub.
Fərdi yaşayış evi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni evin açarları fevralın 7-də Qurbanovlar ailəsinə təqdim olunub.
Dövlət başçısının göstərişinə əsasən, sosial təminatının gücləndirilməsi məqsədilə Ç.Qurbanovun ailəsi həm Bakı şəhərində mənzil, həm də Qusarda fərdi yaşayış evi ilə təmin edilib.
Məlumat üçün qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...