“Biz olmadığımız yerdə İlham Əliyev Türkiyəni təmsil edir”
“Son illər xaricdə yaşayan Azərbaycan və Türkiyə vətəndaşları birlikdə hərəkət edərək ortaq və milli davaları birlikdə müdafiə edirlər”.
Bu fikirləri Vaşinqtonda səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi və Türkiyə-Amerika Milli Təşkilat Komitəsi (TASC) tərəfindən təşkil olunan mətbuat konfransında deyib.
Çavuşoğlu bir millət, iki dövlət olsaq da, bəzən bir dövlət kimi hərəkət etdiyimizi bildirib: “Azərbaycanın diplomatik missiyalarının olmadığı dünyanın ucqar hissələrində bizim missiyalarımız Azərbaycan üçün kampaniya aparır. Bizim olmadığımız yerdə də Azərbaycan və başda cənab prezident İlham Əliyev olmaqla azərbaycanlı qardaşlarımız Türkiyəni təmsil edir”.
Son zamanlar Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da gücləndiyini söyləyən nazir ötən il açılan TANAP boru xəttinin Türkiyəyə xaricdən yatırılan ən böyük sərmayə olduğunu, Bakı-Tiflis-Qars dəmiryolunun açılması ilə iqtisadi münasibətlərin artdığını qeyd edib.
O, Qafqazda sabitlik üçün Türkiyə-Azərbaycan-İran arasında əməkdaşlığın sadəcə üç ölkə üçün deyil, regionun inkişafı üçün böyük amil olduğunu, bu sahədə yeni, çox vacib layihələrin həyata keçirildiyini sözlərinə əlavə edib.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...