Baş Prokurorluq xidməti maşınlarını satışa çıxarıb

17:35 08-02-2019 | icon 3092
Baş Prokurorluq xidməti maşınlarını satışa çıxarıb

Baş Prokurorluq bəzi xidməti maşınlarını satışa çıxarıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin martın 5-də keçirəcəyi hərracda prokurorluğun 12 maşını auksiona çıxarılacaq.

Onların içində 6 ədəd “Volkswagen Passat”, 2 ədəd “Toyota Corolla”, 2 ədəd “Chevrolet Niva”, 2 ədəd isə “Nissan Maxima” var. “Niva”lar qəzalı vəziyyətdədir.

Maşınların start qiyməti 4 min manatdan başlayır, 8 min manatadək dəyişir.


Digər xəbərlər

0.23865818977356