“Facebook”da hamı bu məktəbdən danışır...
Lənkəran rayonunun Veravul kəndində yerləşən 2 saylı orta məktəbin tədris binası acınacaqlı vəziyyətdədir.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, məktəb vaxtilə ferma üçün tikilib və hazırda tam yararsız haldadır. Belə ki, döşəmə çürüyüb, divarlar çatlayıb, tavan çökür.
55 ildir ki, bu vəziyyətdə tədris üçün istifadə olunan binanın sonuncu dəfə sovet dövründə qapı və pəncərələrinə, döşəmə və divarlarana boya vurulub. Hazırda məktəbdə 320 şagird, 40-dan çox müəllim qeydiyyatdadır.
Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sözügedən məktəbin tikintisi nəzərdə tutulub və bu məsələyə növbəti illərin dövlət investisiya proqramında baxılacaq.
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...
-
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
...
-
Qızılcaya görə Bakı məktəblərində dezinfeksiya işləri aparılır - Fotolar
...
-
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
...
-
Sərbəst və yunan-Roma güləşi üzrə XV Universiada keçirilib
...
-
Bu həftə məktəblərdə payız tətili başlayır
...
-
"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib
...