Millət vəkili seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Rüstəm Xəlilov Sabirabad rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib.
Çoxlu sayda rayon sakinlərinin və yerli icra strukturları nümayəndələrinin iştirak etdiyi görüşdə əhalinin qarşılaşdığı müxtəlif problemlər müzakirə edilib.
Görüşdə əsasən sosial məsələlər, bəzi şəxsi məişət problemləri barədə müraciətlər olub. Seçicilərini dinləyən deputat onlardan bəzilərinin qarşılaşdığı problemlərin həlli istiqamətində yerindəcə konkret addımlar atıb, digər məsələlərlə əlaqədar qurumlarla problemlər barədə müzakirələrin aparılacağını bildirib.
Qeyd edək ki, davamlı olaraq təşkil edilən belə qəbullar zamanı millət vəkili R.Xəlilov vətəndaşların şikayətlərini dinləyir, aidiyyəti məsələlər barədə onlara məsləhət verir, müəyyən qurumlara şikayətlərin həlli ilə bağlı sorğular göndərir.
Sakinlər də öz növbəsində onlarla tez-tez göruşə gəldiyinə görə deputata təşəkkürlərini bildiriblər.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...