Azercell Akademiyası il ərzində 231 təlim təşkil edib
Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib.
2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, “ASAN xidmət”in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.
Azercell daxilində 2003-cü ildən fəaliyyətə başlayan Azercell Akademiyasının tədris paketinə zəngin təcrübəyə malik 30 mütəxəssis tərəfindən tədris olunan 32 müxtəlif təlim proqramı daxildir. Azercell Akademiyasının fəaliyyətinin ilk dövrlərində yalnız Azercell şirkətinin əməkdaşları üçün daxili təlimlər keçirilirdi. Lakin sonradan bu cür təlimlərə yerli bazarda da tələbat yarandığından, Azercell Akademiyası fəaliyyət dairəsini genişləndirdi. İlk dövrlərdə Azercell-in əməkdaşlıq etdiyi, sonradan bazardakı digər şirkətlər, hətta dövlət təşkilatları üçün də belə təlimlər təşkil edilməyə başladı.
Azercell Akademiyasının təlimləri işçilərin inkişafında əvəzsiz rol oynayır. Gənclər, eləcə də tələbələr üçün “Karyera Brendini Yarat’ təlimində CV yazılışı, müsahibəyə hazırlıq və digər mövzularda zəruri biliklər tədris olunur. Bundan əlavə, şirkətlərin gənc əməkdaşlarına “Təqdimat Bacarıqları”, “Danışıqlar Aparmaq Vərdişləri” və digər aktual mövzular üzrə təlimlər keçirilir. Şirkətlər üçün “Müştəri Xidmətlərinin İdarə Edilməsi” üzrə təlimdə adı çəkilən funksiyanın rəhbərlərinə işə qəbul, seçim prosesi və tədris, iş proseslərinin qurulması və ölçülməsi kimi məqamlar çatdırılır. Akademiya tərəfindən ölkənin müxtəlif təşkilatları üçün üzbəüz və telefonda Müştəri xidmətləri , əməyin təhlükəsizliyi, layihələrin idarə edilməsi, eləcə də stresin idarə edilməsi sahəsində tədris kursları da keçirilir.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...