“Qəbələ” səfərdə qalib gəldi

20:45 09-02-2019 | icon 3598
“Qəbələ” səfərdə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarına start verilib.

Turun açılış matçında “Sabah” “Qəbələ”ni qəbul edib.

Oyunun 45+1-ci dəqiqəsində “Sabah”ın futbolçusu Marko Deviç qırmızı vərəqə olaraq komandasını azlıqda qoyub.

Matçın taleyini isə 1 qol həll edib. 31`-ci dəqiqədə Rauf Əliyevin vurduğu qol “Qəbələ”yə 3 xal qazandırıb.

Qeyd edək ki, hazırda “Qəbələ” 23 xalla 4-cü, “Sabah” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.

 



Digər xəbərlər

0.24630999565125