“Celentano Tribute Show” Bakıya sürprizlə gəlir
“Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında keçiriləcək konsertində tamaşaçıları sürpriz gözləyir.
Bu barədə dünya şöhrətli aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz” Maurizio Schweizer Bakı sakinləri və şəhərin qonaqlarına etdiyi müraciətində bildirib.
Qeyd edək ki, Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi “Celentano Tribute Show” nümayiş etdiriləcək. Kreativ layihələri ilə seçilən SUNAR Medianın təşkilatçılığı ilə reallaşan konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçirilir.
Əfsanəvi Adriano Celentanonun ən sevimli hitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq.
İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. “Celentano Tribute Show” bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert zalında keçirilən unudulmaz şouları qeyd etmək olar.
Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.
Biletləri İtiket (on-line almaq üçün) https://iticket.az/events/concerts/celentano-tribute-show/6191) linkinə daxil olmaqla və şəhərin bütün kassaları, eləcə də ASAN xidmət kassalarından əldə etmək mümkündür mümkündür.
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...
-
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR
...
-
Onların Eşq Nümunəsi
...