Ermənistan səfirliyinə Mübarizin posteri asıldı - Video

19:58 11-02-2019 | icon 177
Ermənistan səfirliyinə Mübarizin posteri asıldı - Video
loading...

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.

Soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tbilisi şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.

Həmçinin, Tbilisidəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.

Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.

Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatçı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.(axar.az)

 


Digər xəbərlər

0.2843861579895