"Olimpsport" jurnalının növbəti sayı işıq üzü görüb

20:37 11-02-2019 | icon 2205

Xəbər verdiyimiz kimi bu il "Olimpsport " jurnalının 10 yaşı tamam olur.

Bu münasibətlə jurnalın növbəti sayı əsasən 10 illik yubileyə həsr olunub. Jurnalın bu dəfəki sayında "Olimpsport " jurnalının təsisçisi və baş redaktoru Ramin Allahverdi oxucular üçün də maraqlı olacaq jurnalın 10 illik fəaliyyəti ilə bağlı geniş müsahibə verib.

10 illik yubileylə bağlı tanınmış şəxslər jurnala öz təbriklərini ünvanlayıblar. Bundan başqa jurnalın yaradıcı heyəti də 10 il ərzindəki təəssüratlarını oxucularla bölüşüblər.

Ötən il ölkəmizdə keçirilən bir neçə beynəlxalq yarışlara da öz səhifələrində yer verən "Olimpsport" jurnalı maraqlı yazıları ilə oxucuların görüşünə gəlir.

Qeyd edək ki, yaxın zamanlarda jurnalın təntənəli yubiley mərasimi keçiriləcək.


Digər xəbərlər

0.31085300445557