Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır - Günün oyunları

11:54 12-02-2019 | icon 2406
Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır - Günün oyunları

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Ilk oyun günündə iki matç keçiriləcək.

PSJ böyük itkilərlə Ola Qunner Sulşerin rəhbərliyi altında möhtəşəm yüksəlişə keçən “Mançester Yunayted”ə qonaq olacaq. Bu oyunda Paris təmsilçisi zədəli olan Neymar və Kavani kimi futbolçularının xidmətindən istifadə edə bilməyəcək.

“Roma” isə öz meydanında “Porto”nu qəbul edəcək. Meydan sahiblərində türk futbolçu Cengiz Ündər zədə səbəbindən oynamayacaq.

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu 13, 19 və 20 fevral tarixlərində baş tutacaq.

12 fevral

00:00. “Roma” (İtaliya) - “Porto” (Portuqaliya)

00:00. “Mançester Yunayted” (İngiltərə) - PSJ (Fransa)


Digər xəbərlər

0.23673415184021