PSJ Kavani və Neymarsız da qalib gəldi - Fotolar + Video

10:14 13-02-2019 | icon 4726
PSJ Kavani və Neymarsız da qalib gəldi - Fotolar + Video

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Mərhələnin ən maraqla gözlənilən qarşılaşmalarından biri İngiltərədə baş tutub.

Ola Qunner Sulşerin rəhbərliyi altında 11 oyundur məğlub olmayan (9 qələbə, 2 bərabərlik) “Mançester Yunayted” öz meydanında PSJ ilə qarşılaşıb. Bu matçda Sulşerin uğurlu seriyası da başa çatıb.

Edinson Kavani və Neymar kimi ulduzlarının zədəli olmasına baxmayaraq, PSJ səfərdə qələbə qazanmağı bacarıb. Paris təmsilçisinin qələbə qollarını 53-cü dəqiqədə Kimpembe, 60-cı dəqiqədə isə Mbappe vurub.

Matçın 89-cu dəqiqəsində isə “Mançester Yunayted”in futbolçusu Pol Poqba ikinci sarı vərəqədən sonra meydandan qovulub.

 














Digər xəbərlər

0.2682421207428