İlin ilk ayının media monitorinq nəticələri açıqlandı

00:03 14-02-2019 | icon 4968
İlin ilk ayının media monitorinq nəticələri açıqlandı

MC&S-in media monitorinq qrupu  01-31 yanvar 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  12 Televiziya, 55  çap  və  600 online media daxil olmaqla  667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların ilk beşliyini təqdim edirik.  

Mobil rabitə

Azercell 1579

Nar mobile 1275

Bakcell 877

Bank sektoru

ABB    1548

Kapital Bank 736

Bank Respublika 428

Unibank 310

Paşa Bank 305

Sığorta sektoru

Atəşgah 176

Standard 157

PAŞA  127

Azərsıgorta   119

AXA MBASK 105

Ali məktəblər

BDU   1753

UNEC            1398

ADU   913

BANM 656

ADPU            531

Hotel

Landmark     132

Hilton  86

Hyatt Regency 80

JW Marriott Absheron 58

Four Seasons 54

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

Media Consulting and Services 2004-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Onu da qeyd edək ki,  PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir. 


Digər xəbərlər

0.2997350692749