Musiqili Teatrda həftəsonu
Qurumun mətbuat xidmətindən bildirilib ki, teatrda fevralın 15-də "Qafqazlı qardaşqızı” (R.Hacıyev), 16-da "Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 17-də "Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) əsərləri göstəriləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Balaca teatr həvəskarları fevralın 15-də "Bremen musiqiçiləri və Pen”ə (C.Barri, Qrimm qardaşları, səhnələşdirən A.Sadıqov) saat 13.00-da, fevralın 16-da "Düyməcik” (H.K.Anderson) və 17-də "Meşə çaqqalsız olmaz” (Ə.Səmədli) tamaşalarına isə saat 12:00-da baxa biləcəklər.
Qeyd edək ki, “Qafqazlı qardaşqızı” və “Düyməcik” səhnə əsərləri rusdilli tamaşaçılar üçün nəzərdə tututlub.
Həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Əməkdar artistlər - Əzizağa Əzizov, Boris Qrafkin, Svetlana Bulax, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar – Möylə Mirzəliyev, Elxan İsmayılov, Nadir Xasıyev, Gülcahan Salamova, Firus Məmmədov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf Babayev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Pərvin Dadaşov, Murad Əliyev, Atəş Qarayev, Mehriban Rəcəbova, Valeriya İsgəndərova, Eleonora Mustafayeva, İbrahim Əlizadə, Zarina Qurbanova, Nigar Qarayeva, Roman Krasnov, İlona Sementyeva və azyaşlı aktyor - Rahib Məmmədzadə ifa edəcəklər.
Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...