“SOCAR Absheron” ləğv edilməyib
SOCAR və Fransanın “Total” şirkətinin birgə müəssisəsi “SOCAR Absheron” ləğv edilməyib.
Bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, söhbət ləğvdən yox, şirkətin qeydiyyat ünvanının dəyişdirilməsindən gedir:
“Bu prosedurun məqsədi optimallaşdırma və xarici tərəfdaşlarla əlaqələrin səmərəliliyinin artırılmasıdır, çünki “SOCAR Absheron” “Abşeron” yatağının məhsullarının bölüşdürülməsi barədə saziş çərçivəsində şirkətin maraqlarını təmsil edir”.
Qeyd edək ki, ötən gün Vergilər Nazirliyinin “Vergilər” qəzetində “SOCAR Absheron”un ləğv olunması barədə məlumat verilmişdi.
-
Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
...
-
“Azeri Light” 98 dollara satılır
...
-
“Nar” metroda şəbəkəsini gücləndirir
...
-
“Nar” şəbəkəsi Xankəndi şəhərində!
...
-
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
...
-
Neftimizin qiyməti 102 dollara düşdü
...
-
Neftimiz 99 dollara düşdü
...
-
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb
...
-
Yeni 5 qəpiklik buraxıldı - Foto
...
-
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
...