Dövlət Xidmətinin 7 illiyi Qaradağda da qeyd edilib
Fevralın 13-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə icra başçısı Süleyman Mikayılov Xidmət tərəfindən 7 illik fəaliyyət dövründə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyini vurğulayaraq ötən müddət ərzində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrinin verildiyini bildirib. Tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 7 il ərzində Xidmət tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik-leytenant Vüqar Seyidov 7 illik fəaliyyətləri dövründə qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini, artıq müxtəlif ölkələrin gənclərinin respublikamızın müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almalarının da diqqəti çəkən fakt olduğunu qeyd edib.
Tədbirin sonunda dəvət olunmuş qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar təltif ediliblər.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...