Ramil Usubov 4 rayona yeni rəis təyin etdi

13:54 14-02-2019 | icon 3819
Ramil Usubov 4 rayona yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Yevlax rayon Polis Şöbəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Vidadi Qurbanov tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi, Zərdab rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.


Digər xəbərlər

0.25413298606873