Əliyevlə Paşinyan ABŞ-da görüşə bilər
16-17 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü gözlənilir.
Bu barədə “Qraparak” qəzeti yazıb. Nəşr qeyd edir ki, Xarici işlər nazirlərinin görüşündən sonra ABŞ-da Azərbaycan prezidenti İlham Əliyevlə erməni Baş nazir Nikol Paşinyanın görüşünün olacağı da ehtimal olunur.
Paşinyanın mətbuat katibi Vladimir Karapetyan isə bu barədə hər hansı informasiyaya malik olmadığını bəyan edib.
Qeyd edək ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün öncə nazir Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində hələ ki, hər hansı görüşünün nəzərdə tutulmadığını bildirib.
Xatırladaq ki, E. Məmmədyarovla Z. Mnatsakanyanın sonuncu görüşü yanvarın 16-da Parisdə baş tutub.
Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...