Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi - "Buratino" tam fərqli
“Uzun illər “Buratino” filminin şöhrət qazanmasını nəzərə alaraq, ona səhnə həyatında daha böyük məsuliyyətlə və xüsusi özəlliklə yanaşmışam. Filmdə səslənən bəstəkar Aleksey Rıbnikova məxsus olan musiqi nömrələri bu tamaşada orijinal variantda yer alıb və ən əsası, mahnının sözləri doğma dilimizdə təqdim olunacaq. Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayevin ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq. İnanıram ki, dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanan "Buratino" Musiqili Teatrın təqdimatımda bizim sevimli tamaşaçılarımız üçün də əsl bayrama çevriləcək”,-deyə E.Dadaşov quruluş verdiyi tamaşa haqqında geniş məlumat verdi.
Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...