Azercell əməkdaşlarından tələbələrə dəstək
Şirkət “Qış Məktəbi” layihəsində SABAH tələbələrinə dəstək olub.
Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına tövhə verən “Azercell Telekom” MMC , Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH Qrupları Karyera Akademiyası proqramı çərçivəsində daha bir layihəyə dəstək verdi. Belə ki, 12-14 fevral tarixlərində Qubada təşkil edilmiş SABAH Karyera Qış Məktəbində Azercell şirkətinin əməkdaşları tələbələrə təlimlər keçib, bilik və təcrübələrini onlar ilə bölüşüblər. Azercell Akademiyasının peşəkar təlimçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Süleymanov “Təqdimat Bacarıqları” və “Karyera brendini yarat” mövzusunda təşkil olunmuş master-klassda tələbələr qarşısına çıxış ediblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Onu da bildirək ki, Azercell əməklaşları 2017 və 2018-ci illərdə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində həmçinin fəal iştirak ediblər. Ötən illərdə olduğu kimi, bu il də təlimlərdə əsas istiqamət karyera quruculuğu üzrə fundamental bacarıqların inkişafı olub.
Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi SABAH qrupları ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...