Qaradağın Ümid qəsəbəsində səyyar qəbul keçirilib

11:07 16-02-2019 | icon 3327
Qaradağın Ümid qəsəbəsində səyyar qəbul keçirilib

Qaradağ Rayonu İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Qaradağ rayonunun Ümid qəsəbəsinin sakinləri ilə, habelə qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə növbəti görüşü - səyyar qəbulu keçirilib. 

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. 

Keçirilmiş səyyar qəbulda 130-dən çox qəsəbədə sakinləri, qəsəbədə məskunlaşan məcburi köçkünlər də iştirak edib. 

Görüşə gələn qəsəbə ağsaqqalları qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında danışıblar. Qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

 

 

Digər xəbərlər

0.29344010353088