Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı

11:18 16-02-2019 | icon 2363
Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb. 
 
 
 Mirəddin Ağayevin səhhətində ciddi problem yarandığı üçün bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb. 
 
Qeyd edək ki, M. Ağayev Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunmuşdu. O, D. Qəzənfərovun 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Digər xəbərlər

0.28446102142334