Leyla Əliyeva “Toplan” sahibsiz itlər üçün mərkəzin açılışında - Fotolar
Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin fevralın 15-də açılışı olub.
Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.
Leyla Əliyevaya məlumat verilib ki, mərkəzdə yenidənqurma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir.
Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı itlərin saxlanması şəraitinə baxıb.
Bildirildi ki, burada itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verəcəklər. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Hər bir it çiplə təmin olunacaq. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə buraxılacaqlar.
Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti ilə 30-50 it qəbul etmək gücündədir.
Sonra “Toplan” mərkəzinin növbəti hissəsinin təməli qoyulub.
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...