Yüksək vəzifəli məmurun xaricdəki biznesi ifşa edildi
Azərbaycan məmurlarının korrupsiya yolu ilə mənimsədiklərini yatırmaq üçün Avropada İngiltərə və Çexiyadan başqa daha bir ölkə var – Slovakiya.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni məlumatlar yayıb.
Jurnalist bildirir ki, bu ölkədə də Azərbaycandan korrupsiya yolu ilə toplanmış pullar hesabına məmurlar böyük şirkətlər qurublar:
“Tam da Avstriya ilə sərhədində, əsrarəngiz Dunayın sahilindəki Bratislavanın bu sarıdan ayrı bir özəlliyi var. Bu şəhərdə xeyli sayda Azərbaycandan çıxarılmış böyük pullarla şirkətlər, hətta özəl universitet belə fəaliyyət göstərir. Bu barədə ayrıca yazacağam.
Məsələn, 2018-ci ilin yanvarından fəaliyyətə başlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzli bu ölkədə hamam xalatları (!), aksrssuarları satır. Tam ciddi! Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxaları tekstil və hamam aksessuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk). Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir.
Saffran S.R.O 2016-cı ilin noyabrın 11-də Bratislava ədliyyəsində 50 574 256 saylı şəhadətnamə ilə qeydiyyata alınıb.
Qeydiyyat ünvanı: Špitálska 53
Bratislava – mestská časť Staré Mesto 811 01.
Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40 -da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib.
25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir. 2018-ci il iyulun 3-də Saffran S.R.O. Belarusiya vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və
Cavidan İmanovun (80%) adına keçirilir.
Saffran S.R.O.-nun fəaliyyəti Slovakiya ilə məhdudlaşmır. Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub.
Nizamnamə kapitalı 21 miyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur.
Saffran S.R.O. agentlik rəhbərinin yeganə şirkəti deyil. Cənab Təhməzovun Gürcüstanda Universal Medikal Group şirkəti fəaliyyət göstərır. Şirkət 2011-ci ilin dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.
Cənab Təhməzlinin Türkiyədə də biznesi var. Agentlik rəhbəri TOSGO GROUP MEDİKAL İNŞAAT VE TURİZM SANAYİ TİCARET LİMİTED ŞİRKETİni hələ 2014 -cü ilin mayın 5-də İstanbulda qeydiyyatdan keçirib. Ünvan ATAKENT MAH. 220. SOK. İSTANBUL SARAYLARI 12.BLOK D:5 HALKALI KÜÇÜKÇEKMECE – KÜÇÜKÇEKMECE / İSTANBUL / TÜRKİYE.
Şirkət tibbi avadanlıqların, kosmetik vasitələrin və tekstil məhsullarının istehsalı və satışı ilə məşğuldur.
Azərbaycanda da Qoşqar Təhməzlinin biznesi var. Bakı şəhəri Molla Cümə küçəsi 103b -də yerləşən Medeks Ltd 2006-cı ildən fəaliyyətdədir”.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...