Tramp divara görə fövqəladə vəziyyət elan edir
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət elan edəcək ki, bu da ona Amerika konqresinin razılığı olmadan Meksika ilə sərhəddə divarın ucaldılması üçün vəsait gətirəcək.
Azeripress Euronews-a istinadən xəbər verir ki, burada söhbət miyyardlarla dollardan gedir. Bundan başqa, Tramp ABŞ-nin bütün immiqrasiya sistemində aparılıcaq planlardan danışıb. Donald Tramp: “Biz narkotikdən, qanunsuz qruplaşmalardan və sərhəddi qeyri-qanuni keçən insanlardan qurtulmalıyıq. Bunu həyata keçirmək həddindən artıq çətindir, lakin divar olarsa, bunu etmək çox asan başa gələcək”. Əgər məhkəməyə müraciət etmək mümkünsüz olarsa, demokratlar prezidentin Konqresdəki təşəbbüsünün qarşısını almaq niyyətindədirlər. Müxalifət iderləri - nümayəndələr palatasının spikeri Nensi Pelosi və Senatın baş demokratı Çak Şumer bildiriblər ki, prezident tərəfindən fövqəladə vəziyyətin elan edilməsi, ABŞ konstitusiyasının çox ciddi pozulması olacaq. Bir müddət əvvəl isə Konqessdə sərhəd təhlükəsizliyi ilə bağlı qanun layihəsi qəbul olunmuşdur. Lakin orada divarın tikilməsinə dair vəsait ayrılması nəzərdə tutulmayıb ki, bu da Trampı qane etmir. Onu da xatırladaq ki, ötən il dekabrın 22-də Meksika ilə divarın tikilməsi ilə əlaqədar, mübahisələr federal hökumətin işinin 35 gün dayandırılmasına səbəb olmuşadur. Bu, rekord göstərici idi.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...