“Məmmədyarovla dəhlizdə görüşə bilərik...” - Erməni nazir

08:47 18-02-2019 | icon 2628
“Məmmədyarovla dəhlizdə görüşə bilərik...” - Erməni nazir

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan Münhen konfransı çərçivəsində ayrıca görüş planlaşdırmayıblar.

Bu barədə erməni nazir ötən gün baş tutan brifinqdə məlumat verib:

 

“Biz Məmmədyarovla ayrıca görüş planlaşdırmamışıq. Biz dəhlizdə görüşə bilərik. Məmmədyarovla görüşüb və salamlaşmaq kimi bir problemimiz yoxdur. Ayrıca görüş planlaşdırmasaq da, bu o demək deyil ki, danışacaq mövzumuz yoxdur. İşlər davam edir”. 

Xatırladaq ki, fevralın 15-də Münhendə təhlükəsizlik üzrə konfrans öz işinə başlayıb. 


Digər xəbərlər

0.24238014221191