Quaydo humanitar yardım qəbul edir
Venesuela müxalifət lideri Xuan Quaydo bildirib ki, könüllülər briqadası 23 fevral tarixində ölkəyə göndəriləcək humanitar yardımı qarşılayıb, ölkə ərazisinə çatdıracaqlar.
Euronews xəbər verir ki, Quaydo şənbə günü Karakasda keçirilən çıxışında da bunu bildirmişdi. O, növbəti dəfə sözügedən yüklərin ölkəyə buraxılması ilə əlaqədar hərbçilərə müraciət edib. Venesuela müxalifətinin lideri Xuan Quaydo:
“Bu, Venesuela hərbi qüvvələrinə son bildirişdir! Humanitar yardımı ölkəyə buraxmaq üçün sizə bir həftə vaxt verilir. Bu bir həftə humanitar yardımı çatdırmaq üçün verilir, sadəcə konstitusiya tərəfində qalmaq üçün yox. Biz humanitar yardımın ölkəyə daxil olmasına icazə veririk”.
Bundan əvvəl isə məlum olub ki, ABŞ-nin Venesuela üçün humanitrar yardım daşıyan ən azı üç təyyarəsi ölkə sərhəddində yerləşən Kolumbiyanın Kukuta şəhərində yerə enib. Quaydonun sözlərinə görə, hökumət yükün çatdırılmasına mane olmaq istəyəcək, lakin buna baxmayaraq, könüllülər qida məhsulları və dərman preparatlarını əhali arasında paylaya biləcəklər. Prezident Maduro isə öz növbəsində deyib ki, humanitar yardımın ötürülməsi “pis və ucuz oliqarx şousu”ndan başqa bir şey deyil və vətəndaşları ondan imtina etməyə çağırıb.
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...
-
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu
...
-
Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi
...
-
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
...