MÜNHEN KONFRANSI: ABŞ, İRAN, AVROPA
Münhendə təhlükəsizlik üzrə konfrans Almaniyanın hərbi münqaişələrdə iştirakı fonunda təşkil olunub: “Almaniya silahı, pulları bütün dünyada ölümlərə səbəb olur” - plakatlarda belə yazılır.
Azeripress euronews-a istinadən xəbər verir ki, şənbə günü forumda çıxış edən ABŞ vitse-prezidenti Payk Pens avropalıları Xuan Quaydonu Venesuela prezidenti kimi tanımağa, “Şimal axını-2” qaz xəttinə çox qəddar yanaşmağa və Vaşinqtonu Tehranla nüvə razılaşmasında dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, İran raket eksportu ilə məşğul olur və bununla regionda münaqişənin yaranmasına dəstək verir.
“Avropalı partnyorlarımızın ABŞ-nin bu məhvedici inqilabi rejimə qarşı sanksiyalarını dəstləmək vaxtıdır. Avropalı partnyorlarımızın bizi, həmçinin İran xalqını, bizim regiondakı dostlarımızı dəstləmək vaxtı çatıb. Bizim avropalı partnyorlarımızın İranla nüvə razılaşmasından çıxmaq vaxtı çatıb”, - deyə Pens Tehranı iqtisadi maraqlar hesabına nüvə proqramından geri çağırmaq istəyənləri tənqid edib.
Bundan əvvəl AFR-nin kansleri Angela Merkel İranla razılaşmanın tərəfdarı kimi çıxış etmişdir. O, qeyd etmişdir ki, ABŞ və Aİ-nin yanaşmaları müxtəlifdir. Merkel ortaya belə bir sual qoymuşdu - Birləşmiş Ştatlarmı, yoxsa Aİ qarşıya qoyulmuş məqsədə daha tez çatacaq?
“Mən ballistik raket proqramlarıdan, İranın Yəməndə, hər şeydən əvvəl isə Suriyadakı əməliyyatlarından xəbərdaram. Lakin məni ABŞ və avropalılar arasında dayanan bir sual maraqlandırır - ümumi işimizin mənafeyinə - İranın dağıdıcı təsirinin qarşısının alınmasına xidmət edən yeganə razılaşmadan çıxmaqla biz ümumii işimizə kömək etmiş oluruqmu? Yoxsa, heç nəyi dəyişmdən digər sahələrdə təzyiq göstərmək mümkündür?”
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...