Xəsarətsiz istehsal sahəsini necə yaratmaq olar
Yeni texnologiya, istehsal üsulları və müasir avadanlıqlar olsa da, insanların təhlükəsizliyi məsələsi öz önəmini itirmir.
Bu məsələ istər işəgötürəndən, istərsə işçidən ayrıca məsuliyyət tələb edir. Istehsalatda bədbəxt hadisələrin səbəbləri hansılardı? İş qəzaları necə törənir?
İşəgötürən sağlam və təhlükəsiz iş şəraiti yaratmayanda, həmçinin əməkdaşlar da ehtiyatsız davrananda, əməyin mühafizəsi ilə bağlı tələblərə laqeyd yanaşanda və təbii ki, fərdi mühafizə vasitələrindən yararlanmayanda. Özəlliklə tikinti və istehsal sahələrində belə hallara rast gəlinir. Digər əsas səbəblərdən biri də iş yerində risklərin sistematik qiymətləndirilməməsi və ya qiymətləndirmə bacarığının olmamasıdır ki, bu da bədbəxt hadisələrin yaranmasına gətirib çıxarır. Elə bu səbəbdən son illərdə Holcim şirkətində iş yerində risklərin qiymətləndirilməsilə bağlı geniş nəzəri və praktik təlim proqramları keçirilir.
Zavodun rəhbərliyi əmindir ki, əməyin mühafizəsinin dərindən öyrənilməsi, işçilərin maarifləndirilməsi, tətbiq üsullarının təkmilləşdirilməsi bütövlükdə təhlükəsizlik mədəniyyətinin yaranmasına təkan verir. Bundan əlavə şirkətin əməkdaşları ilə yanaşı, podratçılar, müştərilər, tərəfdaş təşkilatlar da mövcud proqramlarla əhatə olunur. İstər sıravi, istərsə də rəhbər işçilər kompleks tədbirlərə yaxından cəlb edilir və baş verəbiləcək risklərin aradan qaldırılması yönündə qabaqlayıcı tədbirlər görülür.
Uğurlu nəticə özünü çox gözlətmədi - Holcim Azərbaycan bu il “6 il xəsarətsiz iş vaxtı”nı qürurla qeyd etdi. “Əməkdaşlar qazanılmış nailiyyətlərlə kifayətlənməməlidirlər. Əldə olunan nailiyyətləri qoruyub saxladığımız kimi daha yüksək səviyyəyə yüksəlməliyik, çünki bu mükəmməliyə aparan uzun yoldur. Hər bir bədbəxt hadisənin sonunda insan həyatı və sağlamlığı durur, biz bunu bir anda unutmamalıyıq. Əməkdaşlarımızın və özümüzün təhlükəsizliyi hər birimizin məsuliyyətidir” sloqanı hər bir işçinin həyat tərzinə çevrilməlidir” ƏMTT üzrə menecer Vadim Qəribov vurğuladı.
Holcim Azərbaycan 80 ölkədə 80 min işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqat istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...