Astanada SOCAR-la “KazMunayQaz” arasında memorandum imzalanıb - Fotolar
Astanada SOCAR və Qazaxıstanın milli şirkəti “KazMunayQaz” (KMQ) arasında müqavilə imzalanıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “KazMunayQaz Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Tərəflər arasında imzalanan memorandum “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıda modernləşdirilməsini və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinə cəlb olunmasını nəzərdə tutur.
Memorandum Qazaxıstanın "KMG Drilling & Services" şirkətinin baş direktoru Andar Şukputov və "Caspian Drilling Company Ltd" şirkətinin baş direktoru Fərid Axundov tərəfindən imzalanıb.
İmzalanma mərasimində “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.
Tərəflər arasında görüşdə neft-qaz sənayesi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.
“Sətti” üzən qazma qurğusunun modernləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək. Qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunarkən bu prosesdə qazaxıstanlı mütəxəssislər də iştirak edəcək və texniki dəstək göstərəcəklər.
Qeyd edək ki, bu ilin yanvarında Bakıda Azərbaycanın SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkətləri anlaşma memorandumu imzalayıblar.
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...