Prezident görüş keçirdi

21:14 18-02-2019 | icon 3319
Prezident görüş keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Böyük Britaniyaya səfərini və Baş nazir xanım Tereza Meylə görüşünü məmnunluqla xatırlayıb. İlham Əliyev Baronessa Emma Nikolsonun Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirib.

Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarını dövlət başçısına çatdırıb.

Dövlət başçısı Tereza Meyin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.


Digər xəbərlər

0.27669501304626